Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, axşam və gecə bəzi yerlərdə arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 4 mm, Gədəbəydə 3 mm, Qax, Lerik, Mingəçevirdə 2 mm, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qobustan, Quba, Qusar, Şahdağ, Şabran, Altıağac, İsmayıllı, Şamaxı, Ağsu, Xaltan, Qrız, Xınalıq, Tovuz, Yevlax, Göyçay, Kürdəmir, Astara, Gədəbəy, Daşkəsəndə 1 mm-dək olub.
Qrız, Lerikdə duman müşahidə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























