Seçkiqabağı təşviqat prosesi başa çatır - MSK

Avqustun 31-i saat 08:00-da növbədənkənar parlament seçki ilə bağlı seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda qeyd olunub.
Prosesə avqustun 9-da start verilmişdi.
Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 6 421 073 nəfərin səs vermək hüququ olacaq.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib