• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil İnstitutuna iki yeni təyinat olub

Təhsil İnstitutuna iki yeni təyinat olub
26.08.2024 11:53
Azərbaycan Təhsil İnstitutunda (ARTİ) yeni təyinatlar olub.

ARTİ-dən verilən xəbərə görə, Ümumi şöbənin müdiri Kənan Kərimli direktor müavini, Layihələrin təşkili və idarə edilməsi şöbəsinin müdiri İbrahim Baxışlı isə Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinə direktor təyin olunub.

Kənan Kərimli 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.
2006-2008-cu illərdə "Nobel OiL” LTD şirkətinin Azərbaycan filialında inzibati işlər üzrə köməkçi, 2008-2009-cu illərdə "3A” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentində, 2009-2012-ci illərdə isə "Azərinşaatsevris” MMC-də ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində fəaliyyət göstərib.

Kənan Kərimli 2012-2017-ci illərdə "Azərinşaatsevris” MMC, "Azercon” ASC, "ADY Ekspress” MMC və "Astaraçay” MMC kimi şirkətlərdə şöbə müdiri vəzifəsində çalışıb, 2017-ci ildən yeni vəzifəyə təyin edilənədək Azərbaycan Təhsil İnstitutunda İnformasiya şöbəsinin, daha sonra isə Ümumi şöbənin müdiri vəzifələrini icra edib.

2021-ci ildə Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

ARTİ-dən bildirilib ki, İbrahim Baxışlı isə 2010-2015-ci illərdə Bakı Mühəndislik Universitetinin maliyyə ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-2019-cu illərdə ABŞ-ın Lindenwood Universitetində MBA proqramında təhsil alıb.

2016-2017-ci illərdə "Capital Motors” MMC-də maliyyə mütəxəssisi, 2019-cu ildə "Nəzarət Ölçü Cihazları və Avtomatika” MMC-də analitik, 2020-2021-ci illərdə "Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində böyük elmi işçi vəzifələrində çalışıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol