• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyinə anonim daxil olan müraciətlər araşdırılmayacaq

Təhsil Nazirliyinə anonim daxil olan müraciətlər araşdırılmayacaq
06.02.2014 16:01
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan anonim zənglər araşdırılmayacaq. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ( “Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin direktoru Yaşar Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, anonim zəng edənlərin şikayətinə baxılmayacaq: “İnsanlar mümkün qədər özlərini təqdim etməlidirlər ki, biz də onların şikayətlərini araşdıraq. Vətəndaşlar şikayətlərinin araşdırılmasını istəyirlərsə, heç kimdən qorxmamalı və bu barədə nazirliyə müraciət etməlidirlər”. Y. Zeynalov vətəndaşların qəbulu üçün elektron qeydiyyat mərkəzinin də yaradıldığını qeyd edib: “İnsanlar öz şikayətlərini ya “Qaynar Xətt” Xidmətinə (146 nömrəsinə) zəng vurmaqla, ya da Vətəndaşların Qəbulu Mərkəzinə gələrək qeydiyyatdan keçə bilərlər: “Vətəndaşlar Təhsil Nazirliyinin saytında olan vəzifəli şəxslərin qəbulu bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Bütün zənglər qeydiyyata alınır və müraciətlərə baxılır. Əgər vətəndaş anonim zəng edibsə, ona bildirilir ki, müvafiq qanuna uyğun olaraq anonim zənglər qeydiyyata alınmayacaq. Ona görə də şikayətinizə baxılmasını istəyirsinizsə, o zaman adınızı və soyadınızı təqdim etməlisiniz. Bəlkə hansısa vətəndaş zəng vurub yalandan məlumat verir, kimisə təhqir etmək istəyir, yanlış məlumatlar yayır? O zaman sabah araşdırma aparılanda məlumat öz təsdiqini tapmayacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol