Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Sabunçu rayonu və Şamaxı, Kürdəmir rayonlarında qaz kəsiləcək.Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Şamaxı" ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı" ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























