Deputat Sevinc Hüseynovanın rəqibi görüşlərdə daha səmimi qarşılanır - FOTOLAR

104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyev Qızılqaya kəndində seçicilər ilə görüş keçirib.
Görüş zamanı namizədin platforması, onun "Yeni Siyasi Dövr” ilə bağlı düşüncələr toplusu ictimaiyyətin diqqətinə çatdırılıb və onlar tərəfindən böyük maraqla qarşılanıb. Namizədin nümayəndəsi Ayxan İsgəndərzadə görüşü giriş nitqi ilə açaraq namizəd haqqında geniş məlumat verib və onu cənab Prezidentin yürütdüyü qalib kursun əsas təbliğatçılarından biri kimi təqdim edib.
Əziz Əliyev bölgə insanlarına müraciəti zamanı bu qalib siyasəti bölgələrimizdə davam etdirmək, qalib həyat tərzini yaşatmaq üçün doğru seçim etməyin əhəmiyyətini vurğulayıb. Çıxışı zamanı natiq bildirib ki, Qızılqaya kəndi daima dövlət diqqəti və qayğısı ilə əhatə olunmuş, burada sosial-iqtisadi infrastrukturun yaxşılaşdırılması, yolların çəkilməsi, sosial-ictimai obyektlərin yaradılması və bu kimi müvafiq işlər aparılmış, bundan sonra da bu istiqamətdə işlərin kəmiyyət və keyfiyyətcə artırılmasına və regionun inkişafına diqqət yetiriləcəkdir. Bu işdə o, sadəcə namizəd olaraq və seçiləcəyi təqdirdə deyil, həm indi həm də gələcəkdə, daima bölgə insanının səsi olacaqdır.
Əziz Əliyev Vətən müharibəsində qələbəyə nail olan Prezidentin regional inkişaf layihələrinin icrasında da uğurlu siyasətinin olduğunu və bu siyasətin daha da inkişaf etdiriləcəyini bəyan edib. Beşinci arqument qalib siyasətin icrasına mane olan bir sıra yerli məmur və idarəçilərin sistemdən uzaqlaşdırılması və layiqli namizədlərin seçilməsi ilə bağlıdır ki, məhz bu təqdirdə qalib siyasət yerlərdə uğurlu nəticə verəcəkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























