• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament seçkilərində ilk dəfə nə qədər şəxs səs verəcək? - Rəsmi

Parlament seçkilərində ilk dəfə nə qədər şəxs səs verəcək? - Rəsmi
27.08.2024 12:15
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfər olacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov reporta müsahibəsində deyib.  
 
"İlk dəfə səs verən seçicilərin seçkilərdə iştirakı təqdirəlayiq bir məqamdır. Seçki günü - sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar", - o bildirib. 
 
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 6 421 073 nəfərin səs vermək hüququ olacaq.
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

 
Gülnar Nazimqızı 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol