• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu
22.08.2024 18:59
Sərfəli qiymətləri və müştərilərə uyğun təklifləri ilə tanınan operator "Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "YAŞAT” Fondunun yeniyetmələr üçün təşkil etdiyi düşərgəsinə dəstək oldu.

Naxçıvan Muxtar Respublikası ərazisində baş tutan düşərgəyə Azərbaycan və Türkiyədən 15-17 yaş arası, 50-dək yeniyetmə şəhid övladları dəvət edilib. Layihənin məqsədi ölkələrimizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərimizin əmanəti sayılan övladlarına mənalı və öyrədici istirahət imkanı yaratmaq və onları ölkəmizin tarixi məkanları və füsunkar təbiəti ilə tanış etməkdir.

21-24 avqust tarixlərini əhatə edən layihə çərçivəsində Əlincə qalasının və Batabat gölünün ziyarəti, həmçinin Naxçıvan qalasına, Əcəmi seyrangahına, o cümlədən, Möminə Xatun türbəsinə ekskursiyası nəzərdə tutulur.

"Nar”ın KSM strategiyası və həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol