• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda akkreditasiya sistemi yenidən qurulur

Azərbaycanda akkreditasiya sistemi yenidən qurulur
06.02.2014 14:00

“Akkreditasiya haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib

Azərbaycanda bu ildən etibarən dövlət orqanları tərəfindən sertifikatların, hesabatların və digər sənədlərin də daxil olduğu akkreditasiya sistemi yenidən təşkil olunacaq.

 

Milli Məclisdən verilən məlumata görə, bu yeni hazırlanan və parlamentin yaz sessiyasında iş planına daxil edilən “Akkreditasiya haqqında” qanun layihəsində əksini tapıb.

 

Yeni qanun Azərbaycanda akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq, kalibrləmə və inspeksiya hesabatlarının tanınmasını, istehlakçıların, digər maraqlı tərəflərin uyğunluğun qiymətləndirilməsi nəticələrinə dair əminliyini təmin etmək, o cümlədən akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq üçün Azərbaycan akkreditasiya sistemini beynəlxalq və regional akkreditasiya sisteminə uyğunlaşdırmaq məqsədini özündə daşıyır.

 

Layihə Azərbaycanın akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının (orqanlar və ya laboratoriyalar) akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya proseduralarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını və onların standartlarını müəyyən edir.

 

Milli Məclisin növbəti iclaslarından birində ilk oxunuşda müzakirəyə çıxarılacaq qanun layihəsi Avropa Birliyinin mütəxəssisləri ilə birgə hazırlanıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol