• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada öldürülən azərbaycanlı İnterpol xətti ilə axtarışdaymış - FOTO

Suriyada öldürülən azərbaycanlı İnterpol xətti ilə axtarışdaymış - FOTO
06.02.2014 12:35
Dünən Suriyada öldürülməsi barədə məlumat yayılan azərbaycanlının İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşib. APA-nın məlumatına görə, mücahidlərin Urfan kimi təqdim etdiyi şəxs Xudat rayon sakini, 39 yaşlı Urfan Ağcabəyov olduğu məlum olub. Azərbaycan hüquq-mühafizə orqanları U. Ağcabəyov barəsində hələ bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, U. Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Qeyd edək ki, APA ötən gün Suriyada daha 3 azərbaycanlının öldürülməsi barədə məlumat yayıb. Mücahidlərə məxsus saytların yaydığı xəbərdə ölən şəxslərdən ikisinin adı açıqlanmasa da digərinin adının Urfan olduğu qeyd olunub.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol