• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək

Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək
06.02.2014 12:17
Fevralın 9-da artıq gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraitinin olacağı gözlənilmir. Ümumiyyətlə isə fevralın ikinci ongünlüyündə Azərbaycan ərazisində havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın əvvəlinə nisbətən fevralın ikinci ongünlüyündə Azərbaycan ərazisində hava mülayim keçəcək.Bu gecə Abşeron yarımadasında 2-7, Bakıda isə 3 dərəcə şaxta olub. Fevralın 6-dan 7-ə və fevralın 7-dən 8-ə keçən gecə şaxtalı hava şəraiti davam edəcək. Həmin günlərdə gecə Bakıda və Abşeron yarımadasında 0-4 dərəcəyədək şaxta müşahidə olunacaq. Gündüz saatlarında isə havanın temperaturu 0 dərəcədən yüksək olacaq, temperatur 2-5 dərəcə isti olacaq. Fevralın 9-da isə artıq gecə saatlarında şaxta gözlənilmir. Həmin gecə Bakıda və Abşeron yarımadasında gecə 2 dərəcəyə yaxın isti gözlənilir.Departamentdən bildirilib ki, bir necə gün əvvəl müşahidə edilən soyuq, şaxtalı hava şəraitinin təkrarlanacağı proqnozlaşdırılmır. Ahazırkı hava şəraiti bir necə gün əvvəldən ölkə ərazisində müşahidə edilməyə başlayan soyuq hava şəraitinin sonu hesab edilir. Bu günlərdə müşahidə edilən soyuq hava şəraiti 2012-ci illə müqayisədə daha əlverişli olub. Həmin ildə hava şəraiti daha kəskin şaxtalı olub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol