• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan-Bakı reyslərinin sayı artırıldı – Aeoportdakı sıxlığa görə

Naxçıvan-Bakı reyslərinin sayı artırıldı – Aeoportdakı sıxlığa görə
30.08.2024 09:11
Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur. Bu barədə  "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.


Sərnişinlərin çoxluğu "Azərbaycan Hava Yolları” aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür.


AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.


Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar.


Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır. Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol