• $
  • €
  • ₽
  • ₺
  • £

287 müəllim MİQ-dən şikayət verib

287 müəllim MİQ-dən şikayət verib
30.08.2024 12:18
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrindən narazı qalanların apellyasiya şikayətlərinə baxılır. Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

MİQ-in müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərdilər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatıb.

İnsan Resursları Mərkəzindən qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

MİQ-in müsahibə mərhələsində uğur qazanmayan 341 müəllimdən 287-si apellyasiyaya müraciət edib.

MİQ-in 14-22 avqust tarixlərində təşkil olunan müsahibə mərhələsində 4 658 nəfər uğur qazanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol