• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda üç əcnəbiyə ağır cəza verilib

Bakıda üç əcnəbiyə ağır cəza verilib
30.08.2024 16:32
Bakıda adam oğurluğunda təqsirləndirilən Pakistan vətəndaşları - 35 yaşlı Abbas Məhəmməd, 27 yaşlı Müzəmmil Məhəmməd və 27 yaşlı Muxtar Möhsünün cinayət işi üzrəhakim Telman Hüseynovun rəhbərliyi altında keçirilən  məhkəmə prosesi başa çatıb və onların hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Ötən ilin aprelində Pakistan vətəndaşları 2003-cü il təvəllüdlü Xuşnam Əli və 1985-ci il təvəllüdlü Şahzad Əlı Bakı polisinə müraciət ediblər.

Pakistan vətəndaşlarının sözlərinə görə, onlar aprelin 13-də Azərbaycana turist kimi gəliblər. Onları hava limanında həmyerliləri Muxtar Möhsin (1996-cı il təvəllüdlü), Abbas Məhəmməd (1988-ci il təvəllüdlü) və Müzəmmil Məhəmməd (1996-cı il təvəllüdlü) qarşılayıb və taksi sürücüsü adı ilə Bakıda kirayə qaldıqları mənzilə gətiriblər.

Onlar həmyerlilərini pirsinq əşyası ilə hədələyərək onlardan 1500 ABŞ dolları və 400 avro alıb, azadlığa buraxılmaları üçün 20 min ABŞ dolları məbləğində pul tələb ediblər.
 
Həmin şəxslər tapılaraq həbs edilib. Məhkəmə onları təqsirli bilib. 
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol