• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda zəncirvari qəza: hərəkət iflic oldu

Azərbaycanda zəncirvari qəza: hərəkət iflic oldu
06.02.2014 10:19
 Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib.APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 204-cü kilometrliyində, rayonun Velədi kəndi ərazisindən keçən körpünün üzərində qeydə alınıb. İran İslam Respublikasının vətəndaşı, 53 yaşlı Mirmuhəmməd Nadirinin idarə etdiyi “MAN” markalı ağır tonnajlı yük maşını Ələt istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Lənkəran rayonunun Osaküçə kənd sakini, 25 yaşlı Elnur Adıyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub. “MAN”-ın arxasınca hərəkətdə olan Lənkəran şəhər sakini, 27 yaşlı Fərid Hüseynovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil isə yük maşınına çırpılıb. Zərbənin gücündən “Hyundai Santa Fe”  yoldan çıxaraq sol tərəfdəki dərəyə aşıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2109” markalı avtomobilin sərnişini, 24 yaşlı Sadiq Tağıyev xəstəxanaya yerləşdirilib. Magistral yolda isə avtomobillərin hərəkəti 2 saata yaxın iflic olub. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının həyata keçirdikləri müvafiq profilaktik tədbirlərdən sonra zədələnmiş avtomaşınlar yoldan götürülüb, nəqliyyatın intensiv hərəkəti bərpa olunub. İlkin versiya kimi zəncirvari qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol