17 yaşlı oğlan Kürdə batdı - Yenilənib

Şəmkirdə yeniyetmə oğlan çayda batıb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.
Hazırda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Şəmkirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























