Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub

Sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Luka di Canfrançesko ilə görüşüb.Bu barədə MN-dən bildirilib.
Müdafiə naziri Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib.
Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən cənab L.Canfrançesko ölkələr arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























