Gədəbəydə yerdə uzanan kişinin üzərindən yük maşını keçib

GədəbəydGədəbəydə istirahət üçün yerdə uzanan kişinin üzərindən yük maşını keçib
"Report"-un məlumatına görə, hadisə rayonun Gərgər kəndində qeydə alınıb.
1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun "QAZ 3307" markalı avtomobilinə yükləyib. Daha sonra Elman Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərləri yanında uzanıb.
Bu zaman Maarif Əmiraslanov avtomobili arxaya doğru hərəkət etdirərək Elman Musayevin üzərindən keçib. Nəticədə Elman Musayev ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























