• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yeni şöbə yaradıldı

AMEA-da yeni şöbə yaradıldı
05.02.2014 19:13
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Aparatının Katibliyi və Protokol şöbəsi yaradılıb.ANN.Az Akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin iki şöbəsinin statusu artırılaraq onların əsasında idarələr və üç yeni şöbə yaradılıb. Eyni zamanda, Aspirantura və kadrlar şöbəsinin əsasında Təhsil və kadrlar şöbəsi, Katibliyin əsasında isə Ümumi şöbə yaradılıb.Məlumatda bildirilir ki, ötən müddət ərzində islahatlar nəticəsində həm Rəyasət Heyəti Mərkəzi Aparatında, həm də ümumilikdə Akademiya sistemində idarəetmə prosesində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Bununla belə, AMEA Rəyasət Heyəti çoxsaylı tədbirlərin - Rəyasət Heyətinin iclaslarının, mətbuat konfranslarının və s. protokollaşdırılması, etibarlı saxlanması və arxivə təhvil verilməsi zərurəti, bir struktur bölmə qarşısına qoyulan çoxsaylı vəzifə və funksiyaların həddən artıq olması, AMEA-da aparılan islahatlar nəticəsində sənədlər axınının artması, qəbul edilən qərarların, sərəncamların çoxluğunu və s. nəzərə alaraq, Mərkəzi Aparatın Ümumi şöbəsinin ləğv edilməsinə dair qərar qəbul edib. Əvəzində aparıcı struktur bölmə statusunda iki struktur bölmə - Katiblik və Protokol şöbəsi yaradılıb.AMEA Rəyasət Heyəti Katibliyinin və Protokol şöbəsinin əsasnamələri təsdiq olunub. Digər bir qərarla Katibliyin rəisi vəzifəsinə Rasimə Hüseynova, Protokol şöbəsinin rəisi vəzifəsinə isə Sevinc Həsənova təsdiq ediliblər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol