• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
05.09.2024 17:48
Ölkənin ən sürətlisi "Bakcell”, 4 sentyabr tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib.

Görüşdə "Bakcell” və "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışının əhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. 
 
"Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında "Bakcell” və "FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024” çərçivəsində tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb: "Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən "Bakcell”, ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Belə ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini - "Fiber 1” məhsulunu təqdim edib. Bundan əlavə, "Bakcell”in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, ən geniş partnyor şəbəkəsinə malik "Bakcell Kart” və süni intellekt dəstəkli "Tarif Məsləhətçisi” müştərilərimizin xüsusi marağına səbəb olub”.

Qeyd edək ki, "Bakcell” "FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024”ün rəsmi tədbir sponsorudur. Bununla bağlı "Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.

"Bakcell” haqqında

Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkəti olan "Bakcell” "Azerconnect Group”un tərkibinə daxildir. ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir, şirkətin şəbəkəsi ölkə əhalisini 99,9%-ni əhatə edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
 
"Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol