• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeron rayonunun ləğv edilməsi təklif olunur

Abşeron rayonunun ləğv edilməsi təklif olunur
05.02.2014 16:47
Azərbaycanın Abşeron rayonunun kənd rayonu kimi ləğv edilməsi və Bakının tərkibinə verilməsi təklif edilir.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov Trend-ə deyib ki, bu gün Abşeronun Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələri Bakının ərazisinə girib: "Həmin ərazilərin hamısı 1963-cü ilə kimi Bakının ərazisi olub. Buna görə də Abşeronun həmin əraziləri Bakıya verilməlidir. Yaxşı olardı ki, Abşeron rayonu ümumiyyətlə ləğv edilsin, Bakının tərkibində bir rayon olsun. Yəni ayrıca kənd rayonu olmasın".E.Bədəlov bildirib ki, əslində Abşeron rayonu Bakının ərazisində yaradılıb. Bu rayon 1963-cü ildə Bakıətrafı ərazilərdə aqrar sənaye kompleksləri təşkil edilərkən yaradılıb: "Abşeron rayonu 1963-cü ilə kimi olmayıb. Həmin ərazilərin hamısı Bakı sovetinə aid idi, hətta Sumqayıtın əraziləri də 1949-cu ilə kimi Bakı sovetinə aid olub. 1949-cu ildə Sumqayıtın hazırkı əraziləri Bakı sovetindən ayrılaraq ayrıca şəhər kimi yaradıldı və onun şəhər kimi inkişaf etdirilməsinə başlanıldı".Elmi işçi deyib ki, 2000-ci illərdə Abşeron sakinləri üçün pay torpaq bölgüsü aparıldı. Həmin zaman hər sakinə orta hesabla 20-30 sot torpaq düşdü. Həmin torpaqların çoxu sonradan satıldığı üçün bu ərazilərdə tamamilə əhali məskunlaşıb: "Fakt odur ki, bu gün Abşeronda, o cümlədən Abşeron yarımadasında əhalinin məskunlaşmadığı ərazi yoxdur".O, qeyd edib ki, Abşeronun bəzi əraziləri Bakının içində olduğu kimi, Bakının da bəzi əraziləri, məsələn, Müşfiqabad qəsəbəsi Abşeron rayonunun içində yerləşir. Buna görə də Müşfiqabad qəsəbəsi Abşeronun ərazilərinə daxil edilməli, Abşeronun Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələri isə Bakıya verilməlidir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol