Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib

Göyçayda bir ailənin 4 üzvü zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.Bu barədə Azərtac xəbər verir.
Rayonun Xəlitli kəndində yaşayan ailə üzvləri zəhərləndiklərini güman edərək rayon mərkəzi xəstəxanasına üz tutub.Vətəndaşlara ilkin tibbi yardım göstərilib.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub.
İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























