• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Nəfəs Hərəkatının təqdimatı oldu - FOTO

Yeni Nəfəs Hərəkatının təqdimatı oldu - FOTO
05.02.2014 15:41
Beynəlxalq Mətbuat Mərkəzində Yeni Nəfəs Hərəkatının təqdimat mərasimi keçirilib.ANN.Az-ın məlumatına görə, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilib, daha sonra təşkilati komitənin üzvü Mehman Həsən tədbiri açıq elan edib. Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli hərəkat haqqında qısa məlumat verərək rəhbərliyi qonaqlara təqdim edib. Sonra yenidən təşkilatlanan hərəkatın keçmişdəki işləri və məqsədini özündə əks etdirən video-rolik nümayiş etdirilib. Video-rolikdə rəhbərlik hərəkatın məramnaməsi səsləndirib. Tədbirdə həmçinin hərəkatın bayrağı qonaqlara təqdim olunub. Hərəkatın idarə heyətinin üzvü, gənc yazar Rüfət Əhmədzadə çıxışında daha ölkədaxili, Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu isə ölkəxarici fəaliyyətlərə toxunub.Tədbirdə Ümumdünya Türk Xalqları Konqresinin prezidenti, general Yəhya Əliyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, Türkiyədən qonaq Cəfər Dal, Bakı Dövlət Universitetinin alimi Atamoğlan Məmmədli, araşdırmaçı-yazar Pərviz Elay, politoloq Taleh Əliyev, Azərbaycan Milli Elmlər Akdamiyasının alimi Babək Abışov, Gənc Diplomatlar İctimai Birliyinin baş katibi Eltun İbrahimov, Xarici Dillər Universitetinn professoru Məhhəmməd Teymurlu, gənc politoloq Ramila Eminova, Dünya Azərbaycanlıları Konresi qadınlar şurasının sədri Dünya Əliyeva, Respublika Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvləri, gənclər təşkilatlarının rəhbərləri çıxış edərək Yeni Nəfəs Hərəkatını yenidən təşkilatlanması münasibətilə təbrik ediblər və dəstəklədiklərini bildiriblər.Seymur Həsənli əlavə edib ki, Yeni Nəfəs Hərəkatı Azərbaycanda fərqli sistemə malik hərəkatdır. “Hərəkatın mərkəzi gənc ziyalılardan təşkil olunsa da, artıq Ağsaqqallar və Qadınlar Şurasının yaradılması ilə bağlı danışıqlar başlayıb. Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyada nümayəndəliklərin yaradılması prosesi başlayıb. Azərbaycanın 10-a yaxın regionunda ciddi təşkilatlanma gedir”.Sonda hərəkat adından Abdullayev Xəzri Elxanoğlu Ukraynada Azərbaycan diasporunun formalaşmasında, gənclərin təşkilatlanaraq milli maraqlar ətrafında birləşməsinə görə diplomla təltif olunub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol