• $
  • €
  • ₽
  • ₺
  • £

DİN Kəlbəcər rayon sakininin təzyiqə məruz qalması barədə iddialara aydınlıq gətirib

DİN Kəlbəcər rayon sakininin təzyiqə məruz qalması barədə iddialara aydınlıq gətirib
08.09.2024 18:23
Bəzi internet resurslarında Kəlbəcər rayon sakininin Gəncə şəhərində təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət apararkən "Niva” markalı avtomobil qayda pozuntusuna görə "saxla” işarəsi verilib.

Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq təhlükəli manevrlər edərək uzaqlaşmaq istəyib. Qanunla müəyyən edilmiş qaydada saxladılan sürücünün sərxoş olması barədə sübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar.

Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilən zaman R. Nağıyev inzibati binada da öz qanunsuz əməllərini davam etdirərək binadakı əməkdaşların xidməti fəaliyyətlərinə də mane olub. R. Nağıyev barəsində toplanmış material maddi sübutlarla birlikdə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati qaydada həbs edilib:
"Vətəndaşın polis əməkdaşları ilə bağlı səsləndirdiyi iddialara gəldikdə isə həmin iddialar araşdırma predmetidir, hazırda araşdırmalar davam etdirilir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol