• $
  • €
  • ₽
  • ₺
  • £

“28 May” metro stansiyası nə vaxt təhvil veriləcək?

“28 May” metro stansiyası nə vaxt təhvil veriləcək?
05.02.2014 14:12
Bakı Metropoliteni hazırda yenidən qurulan «28 May» stansiyasında təmir işlərini davam etdirir.Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində metro stansiyasında hazırda vestibülün mərmər-qranit təbəqəsi döşənir. Eyni zamanda elektrik sistemləri üzərində də iş gedir. Bu mərhələdən sonra avadanlıqların quraşdırılmasına başlanacaq. Məlumata görə, metro stansiyasında tikinti işlərinin Novruz bayramına qədər yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, stansiyada tələbat nəzərə alınaraq, 10 keçid aparatı qoyulacaq. Yaxın vaxtlarda isə metro stansiyasının tavanının işıqlandırması işləri bitəcək. Bundan sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara start veriləcək. Xatırladaq ki, «28 May» metro stansiyasının təmirinə keçən il başlanıb. Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər əsas çıxış, ikinci çıxış, eləcə də «Cəfər Cabbarlı» stansiyasının çıxışından da istifadə edirlər. Təmir işləri çərçivəsində stansiyada eskalatorlar yeniləri ilə əvəz ediləcək, eyni zamanda onların sayı 3-dən 4-ə çatdırılacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol