Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir

Lider mobil operator
sosial layihə müsabiqəsinin müraciət tarixini uzadır
Azercell qadınların ictimai həyatda fəallığının
artırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin
müraciət tarixini uzadır. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə
təkliflərini 24.09.2024-cü il tarixinədək qeyd olunmuş link üzərindən göndərə bilər.
Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək və
hər birinin həyata keçirilməsi üçün 5.000 AZN qrant ayrılacaq.*
Xatırladaq ki, müsabiqənin məqsədi qadınların cəmiyyətdə
mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək
olmaqdır.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan
birini əhatə etməlidir:
· Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
· Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
· Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
·
Qadınlar arasında sağlam
həyat tərzinin təbliğ edilməsi.
Ətraflı məlumat üçün: Azercell "Həyatı daha dolğun edirik:
qadınlara dəstək proqramı”na start verir!
"Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq müəyyənləşdirilmiş məbləğdən yuxarı və ya aşağı ola bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























