Avqustda hansı məhsullar bahalaşıb? - Siyahı

Avqustda uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və
zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə
unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın,
armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy
lobyanın, süfrə çuğundurun qiymətində bahalaşma olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Həmçinin qeyri-qida mallarından kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə edilib.
Avqustda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması xidmətinin,
internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq
sərnişindaşıma xidmətlərində olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























