• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı
11.09.2024 14:16
Lider mobil operator "Məktəbə qayıdış” adlı kampaniyasını təqdim edir

"Azercell Telekom” MMC yeni tədris ili ərəfəsində mütaliə və xarici dillərə marağı olan abunəçilər üçün "Məktəbə qayıdış” kampaniyasını elan edir.
10.09.2024-cü il tarixindən etibarən "Litres” elektron kitabxanası və "Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri 30 gün müddətində hər iki proqramdan pulsuz istifadə imkanı əldə edəcək. Kampaniya 30 sentyabr tarixinədək keçərlidir.
 
Xatırladaq ki, "Litres” böyük nəşriyyatlarla rəsmi əməkdaşlıq çərçivəsində unikal və zəngin çeşid təqdim edən rəqəmsal kitab platformasıdır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Tətbiqə türk, ingilis, rus, alman, fransız və digər dillərdə 200000 e-, 50000 audiokitab daxildir. Qeyd edək ki, "Litres” Azərbaycan dilində 2700-dən çox müxtəlif mövzularda və janrlarda kitabları istifadəçilərə əlçatan edir. Elektron kitabxananın təqdim etdiyi geniş imkanlardan faydalanmaq istəyənlər *301#YES kodunu yığaraq "Standart” e-kitab tarifinə qoşula bilərlər.
 
Dünyanın top 10 dil öyrənmə platformaları sırasında olan "Busuu” proqramı vasitəsilə isə real vaxt rejimində xarici dillərə yiyələnmək mümkündür. Azercell-in "Busuu+Premium” abunəliyi ilə istifadəçilər "Tədris Planı”, "Biznes və Səyahət” kursları, "Söz ehtiyatı” məşqləri və "Video dərslərdən” yararlana bilərlər. Abunə olmaq üçün *969#YES kodunu yığmaq kifayətdir.
 
Kampaniya barədə ətraflı məlumat üçün Məktəbə qayıdış səhifəsinə keçid etməyiniz xahiş olunur.
 
Qeyd edək ki, hər iki xidmətə Azercell-in rəsmi saytı, "Azercell” tətbiqi və ya sms üzərindən də qoşulmaq olar.
"Azercell Telekom” MMC bütün məktəbliləri yeni tədris ili münasibətilə təbrik edir, onlara zehin açıqlığı və bol müvəffəqiyyətlər arzulayır!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol