Dövlət qurumu rəqabətin pozulmasına görə necə müraciəti araşdırıb?

2024-cü ilin yeddi ayında ölkədə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə baxılmış müraciətlərin 71 %-i və ya 69-u təmin edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirilib.
Hesabat dövründə isə qurum 97 müraciətə baxıb.
"Hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı və rəqabətə zidd digər davranışlarının təsbit edilməsi istiqamətində tədbirlərini davam etdirilir", - Dövlət Xidməti bəyan edib.
İyulun 1-dən ölkədə "Rəqabət Məcəlləsi" qanunu qüvvəyə minib.
Milli Məclis Milli Məclis "Rəqabət Məcəlləsi haqqında" qanunu 2023-cü ilin dekabrında qəbul edib.
Prezident bu qanunu 2024-cü ilin yanvarında təsdiq edib.
Bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbacanda Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bu istiqamətdə kifayət qədər ciddi addımlar atılacağına ümid var.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılırdı. Yeni layihə 12 fəsil, 84 maddədən ibarətdir.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib