• $
  • €
  • ₽
  • ₺
  • £

Kahramanmaraşda Azərbaycan məktəbi istifadəyə verilib

Kahramanmaraşda Azərbaycan məktəbi istifadəyə verilib
11.09.2024 15:53
Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsində  Heydər Əliyev adına ibtidai məktəbin açılış mərasimi keçirilib.  Bu barədə  "Report”un Türkiyə bürosu xəbər verib.
 
Açılış mərasimində  Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin iştirak edib. 
 
Məktəbin təməl daşının qoyulması mərasimi  2023-cü ilində aprelində baş tutub. Üçmərtəbədən ibarət məktəb binasında fiziki məhdudiyyəti olan uşaqların da təhsil alması üçün şərait yaradılıb. Məktəbdə tədris materialları ilə təchiz edilən 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün  1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı  faliyyət göstərəcək.
 
Məktəbin girişində  Heydər Əliyevin və Mustafa Kamal Atatürkün təsvirləri olan abidə ucaldılıb.

Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib ki, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər. O, "Azərbaycan məhəlləsi" layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib.

 "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb.
 
Sazişə əsasən ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1320 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.
 
Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir.
 
"Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.

Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. 
 
N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol