ABŞ Senatının Komitə sədri Qubad İbadoğlunu azad etməyə çağırıb

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin növbəti dəfə rəsmi Bakını iqtisadçı və siyasətçi Qubad İbadoğlunu azad etməyə çağırıb. Bu barədə Turan agentliyi siyasətçiyə istinadla yazıb.
Mən bir daha hakimiyyəti onu azad etməyə çağırıram", - Kardin X platformasındakı hesabında yazıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib.

Hazırda Qubad İbadoğlu ev dustaqlığına buraxılıb və siyasətçi bundan sonra siyasətlə məşğul olmayacağını açıqlayıb.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib