• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əhalisi 10 milyon nəfəri keçib

Azərbaycan əhalisi 10 milyon nəfəri keçib
13.09.2024 16:29
Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqustun 1-ə  10 milyon 204 min 247 nəfər təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat verib. 
 
Məlumata görə,  əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınların payına duşub. 
 
Bu ilin yanvar-iyulunda doğum və ölüm halları da azalıb.
 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən yeni doğulan 58 min 401  körpə qeydə alınıb  ki , bu da əhalinin hər 1000 nəfərinə  9,8 yeni doğulan deməkdir. Keçən il bu göstərici 11 nəfər idi.

Eyni zamanda 2024-cü ilin yanvar-iyulunda ölkədə 35 min 289 ölüm halı qeydə alınıb.  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
 
Ölkədə nigahların da sayında azalma var. 
 
Bu ilin yanvar-iyulunda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə, yəni 2,1 təşkil edib. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol