Faktiki hava açıqlanıb

Bu gün saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağıb.
Düşən yağıntının miqdarı Şahdağ, Gədəbəydə 3 mm, Sədərək, Şahbuz, Oğuz, Şəki, Altıağac, Qusar, Qrız, Xaltan, Xınalıq, Sabirabad, Şəmkirdə 2 mm-dək olub.
Öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Daşkəsəndə 20 m/s, Naftalan, Culfada 18 m/s, Şahbuzda 17 m/s, Şərur, Naxçıvanda 16 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























