Polis zabiti yol qəzasında həlak olub

Şəmkirdə yol qəzası nəticəsində polis baş leytenantı ölüb. Bu barədə Qafqazinfo məlumat yayıb.
Belə ki, Şiştəpə kəndi ərazisində "Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























