• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi

“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
16.09.2024 13:31
"Nar” YAŞAT Fondu ilə birgə bütün ölkə ərazisində yeni dərs ilinin ilk günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarını təbrik edib və onlara zəruri dərs ləvazimatları hədiyyə edib. Bu təşəbbüslə "Nar” şəhidlərimizin əziz xatirəsini yaşadaraq, onların övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olub.

"Nar”ın dəstəyi ilə təşkil edilən layihə çərçivəsində 792 şəhidin 1-11-ci siniflərdə təhsil alan 1365 məktəbli övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları xüsusi qürurla təqdim edilib.

"Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova məktəbliləri təbrik edib və bildirib: "Məqsədimiz qürur mənbəyimiz olan şəhidlərimizin övladlarının gələcəyə ümidlə baxaraq dərslərinə daha böyük həvəslə və tam hazırlıqlı başlamasını təmin etməkdir. Bu yeni tədris ilində onlara böyük uğurlar arzulayırıq və bilirik ki, hər biri qarşıda çoxsaylı nailiyyətlər qazanacaq”.

"Nar” hər zaman şəhid ailələrinə və onların övladlarına dəstək göstərməyi öz əsas dəyərlərindən biri olaraq qəbul edir. Bu layihə "Nar”ın şəhid ailələrinə qayğı göstərərək vətən qarşısında öz borcunu yerinə yetirmək istiqamətində atdığı növbəti addımdır. Operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.
 
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol