Keçən il təqaüdə çıxan hakim pensiyasından narazıdır

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir il əvvəl təqaüdə çıxan hakimi İradə Həsənzadə pensiyasından narazıdır. Bu barədə Qafqazinfo yazıb.
Keçmiş hakim pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
İddiaçı hesab edir ki, uzun illər hakimlik etsə də, pensiya təminatı zamanı bütün hallar düzgün nəzərə alınmayıb.
Şikayəti Bakı İnzibati Məhkəməsi icraata götürüb. Hələ ki, hakim işlə tanış olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























