• $
  • €
  • ₽
  • ₺
  • £

Telekanallara xəbərdarlıq edildi

Telekanallara xəbərdarlıq edildi
04.02.2014 18:48
"Milli Televiziya və Radio Şurası (MTRŞ) "Reklam haqqında" qanunu pozan televiziya kanalları ilə bağlı yaxın vaxtlarda ciddi tədbirlər görəcək". Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.N.Məhərrəmli qeyd edib ki, reklam pozuntuları ilə bağlı monitorinq davam etdirilir, ciddi şəkildə ölçü götürülür: "Bilirsiniz ki, son zamanlar bəzi televiziya kanallarına bununla bağlı xəbərdarlıq da olundu. Bəzi telekanallarda reklam haqqında qanun pozulub. Ona görə də onlara qarşı tədbir görəcəyik. Kanalların adını çəkmirəm, amma yaxın vaxtlarda həmin televiziya kanalları ilə bağlı bir ölçü götürəcəyik".MTRŞ sədri televiziya kanallarında reklam vaxtı səsin yüksəlməsi məsələsinə də münasibət bildirib. N.Məhərrəmli hesab edir ki, televiziyaların hamısında reklamla bağlı vahid qayda tətbiq olunmalıdır: "Reklamları televiziya kanalları özləri çəkmirlər, reklam şirkətləri çəkirlər. Təbii ki, televiziya kanalları reklamları alarkən bu məsələlərə diqqət yetirməlidir. Azərbaycan qanunvericiliyində bununla bağlı xüsusi maddələr yoxdu, amma vahid bir proqram siyasəti olmalıdır və səslər də ona uyğunlaşdırılmalıdır".Reklam vaxtı ekranın aşağısında reklam müddətini göstərən subtitr olması məsələsinə gəlincə, N.Məhərrəmli qeyd edib ki, bu, televiziya kanallarının özünə aid olan məsələdir, onlar özləri bunu verib-verməməyi müəyyənləşdirir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol