• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar

Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar
16.09.2024 21:31
Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər

Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.

Beynəlxalq İnformatika Olimpiadasına (IOI) qatılan Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev həvəsləndirici mükafata layiq görülüblər. Dünyanın təxmini 90 ölkəsindən 350-yə yaxın iştirakçının yarışdığı 2 günlük müsabiqədə şagirdlər hər gün 5 saat ərzində 3 alqoritmik məsələ həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

25 ölkənin qatıldığı Birinci Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən hər iki şagirdimiz Ayxan Dəmirli və Fuad Qarayev gümüş medal qazanıblar. Elmi sınaqlardan keçmək üçün tələbələr xüsusi olaraq yaradılmış platformadan istifadə edərək süni intellekt metodları ilə problemlərin həllini tapan eksperimental testlər aparıblar.

2017-ci ildən etibarən "Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb. Məktəblilər arasında ən nüfuzlu proqramlaşdırma müsabiqəsi olan Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimiz ümumilikdə 13 (https://stats.ioinformatics.org/results/AZE) medala layiq görülüblər ki, onların 8-i son 5 ildə əldə edilib.

Azercell milli komandamızı təbrik edir və ona davamlı uğurlar arzulayır!
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol