• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ildən sonra rəqəmsal şəxsiyyət vəsiqəsi istifadəçilərinin sayını 4 milyona çatdıracaq

2026-cı ildən sonra rəqəmsal şəxsiyyət vəsiqəsi istifadəçilərinin sayını 4 milyona çatdıracaq
17.09.2024 20:01
Azərbaycanda 2026-cı ildən sonrakı dövrdə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edən vətəndaşların sayının 3,5-4 milyona çatdırılması planlaşdırılır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Şahin Əliyev hökumətin yenilənmiş "mygov” rəqəmsal platformasının təqdimatında bildirib.

"Biz heç vaxt bütün 10 milyon əhalini əhatə etməyəcəyik, çünki onların arasında körpələr və yaşlı insanlar var ki, onlar rəqəmsal texnologiyalardan aktiv istifadə edə bilmirlər. Lakin biz əminik ki, 2026-cı ilə qədər minimal rəqəmsal savadı olan əhali seqmenti, xüsusilə tələbələr və 16 yaşdan yuxarı vətəndaşlar üçün rəqəmsal platformalardan istifadəni təmin edə biləcəyik. Bizim hesablamalarımıza görə, bu təxminən 1 milyon nəfərdir”, – deyə Ş. Əliyev qeyd edib.
Kağızsız sənəd dövriyyəsinə tam keçid məsələsinə toxunan Ş.Əliyev vurğulayıb ki, bu proses digər ölkələrdə olduğu kimi, mərhələli şəkildə həyata keçirilir: "1-2 il ərzində kağızdan tam imtina etmək mümkün deyil və kağızın tamamilə istifadədən çıxarıldığı ölkə yoxdur. Azərbaycanda artıq dövlət qurumları arasında rəqəmsal sənəd dövriyyəsi sistemi fəaliyyət göstərir. Növbəti addım vətəndaşların dövlətlə bütün qarşılıqlı əlaqələrini kağızsız formada aparmaq imkanının təmin edilməsi olacaq, daha sonra isə bu prosesə özəl sektor da cəlb olunacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol