60 manata yaradılan şirkət iki milyon manata yaxın tenderin qalibi oldu

Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsi 15 xidmətin alınmasına 1.804.999,98 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib.
Ödənilən məbləğ çərçivəsində yeni informasiya sistemlərinin yaradılması və mövcud informasiya sistemlərində təkmilləşdirilməsi nəzərdə tutulur.
Tenderin qalibi "EDUMEDİA-AZƏRBAYCAN" MMC-dir.
Qalib şirkət 2011-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 60 manatdır.
"Edumedia-Azərbaycan” MMC 2023-cü ili 2 milyon 751 min manat mənfəətlə başa vurub. Hesabat dövründə "Edumedia-Azərbaycan”ın cəmi aktivləri 4 milyon 602 min manat, cəmi öhdəlikləri 248 min manat, cəmi kapitalı isə 4 milyon 354 min manat olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























