• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdam istehsalı ayaqqabılar xaricə ixrac ediləcək

Ağdam istehsalı ayaqqabılar xaricə ixrac ediləcək
20.09.2024 19:26
"BAFCO İnvest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkında iştirakçı statusu alıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən zavod xüsusi ucları və altlığı olan təbii dəridən iş ayaqqabıları, xüsusi təyinatlı ayaqqabılar, eləcə də müxtəlif sahələrdə istifadə üçün poliuretan çəkmələr istehsalı ilə məşğuldur.Bunu müsahibəsində ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.

O bildirib ki, istehsal edilən ayaqqabılar payız-qış, yay-yaz fəsillərinə və təhlükəsizlik xüsusiyyətlərinə görə müxtəlif modellərə bölünür.
İstehsal prosesi və keyfiyyətə nəzarət bu sahədə böyük təcrübəyə malik yüksəkixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilir. Almaniyanın ən son nəsil avadanlıqları ilə təchiz edilmiş zavodun illik istehsal gücü 510 min cüt ayaqqabıdan ibarətdir.

Beynəlxalq standartlara cavab verən xammallar tanınmış xarici şirkətlərdən sifariş edilir. Ayaqqabı altlıqlarında istifadə olunan poliuretan Almaniyadan gətirilir. Ayaqqabı modellərinin dizaynı və pres qəlibləri dünyaca məşhur brendlərlə işləyən İtaliya şirkəti tərəfindən xüsusi hazırlanıb.

"Made in Azerbaijan” adı ilə istehsal olunan ayaqqabıların daxili bazarda satışı ilə yanaşı, xaricə də ixracı nəzərdə tutulur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol