• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə çağırış etdi

Yol polisi sürücülərə çağırış etdi
04.02.2014 12:32
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara bir daha çağırış edib.Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların baş verməsi ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq sürücüləri maksimum şəkildə fərdi avtomobillərin istismarından imtina etməyə və ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırıb.Onun sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də yollarda çoxlu sayda avtomobilin hərəkəti müşahidə edilir: "Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən, imkan çərçivəsində zəncirlə təchiz edilmiş təkərlərdən istifadə etməlidirlər, təkərlərin təzyiqi normadan aşağı olmalıdır. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməli, avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə etməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanmasını və onların aydın şəkildə görünməsini təmin etməlidirlər".Bölmə rəisi həmçinin qeyd edib ki, piyadalar da səkilərlə hərəkət etməli, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçməli, yeraltı və yerüstü keçidlərlə hərəkət etməli, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət etməlidirlər.V.Əsədov bir daha bəyan edib ki, sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə ciddi əməl etməlidirlər. Əks təqdirdə onlar kimliyindən asılı olmayaraq yol polisi tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.Qeyd edək ki, ölkə ərazisində yanvarın 30-dan başlayan şaxtalı, qarlı hava şəraitinin həftənin sonunadək davam edəcəyi gözlənilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol