Bulvarda dəniz gəzintisi bərpa ediləcək – VİDEO

Son günlər Bakı bulvarında məşhur "Mirvari” gəmisi yenidən görünməyə başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.
Bir neçə ildir ki, dəniz səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisi müvəqqəti dayandırılmışdı.
"Mirvari” gəmisinin Dənizkənarı Milli Parkda yenidən görüntülənməsi ilə "bulvarda gəmi gəzintisi bərpa edilirmi?” sualına cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib:
"Artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlər görülür, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrut müəyyənləşdirilib.
Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanılıb. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirilib və buna uyğun marşrut xətləri müəyyənləşdirilib.Eyni zamanda "Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparılıb. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























