• $
  • €
  • ₽
  • ₺
  • £

Dünən Bakıda 3 nəfəri don vurub

Dünən Bakıda 3 nəfəri don vurub
04.02.2014 11:39

Yolların buz bağlaması nəticəsində 14 nəfər travma alıb, onlardan üçünə kəllə-beyin travması diaqnozu qoyulub

Ötən sutka ərzində (dünən səhər 09:00-dan bugün saat 09:00-dək) yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 14 nəfər müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, müraciət edənlərdən 10 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 3-nə ilkin tibbi yardım göstərilib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 10 nəfərdən 7-si yuxarı və aşağı ətrafların zədələnməsi, 3 nəfəri isə qapalı kəllə-beyin travması alıb. Onlardan 2-si qadın, 1-i isə kişidir: “Ümumilikdə isə ölkə ərazisində havaların qeyri-sabit keçdiyi gündən bu günə kimi 50-dən çox insan yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı təcili yardım stansiyasına müraciət edib”.

Z.Vahidova qeyd edib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 3 nəfər xəstəxanaya yerləşdirilib: “Onların birinə ümumi soyuqlama, digərinə aşağı ətrafların donması diaqnozu qoyulub. 3-cü şəxs isə sərxoş halda olub. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdirilib və lazımi köməklik göstərilib”.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol