İlqar Məmmədov siyasətdən getməsi ilə bağlı xəbərləri təkzib edib

REAL partiyasının sədri İlqar Məmmədov mətbuatda onun siyasətdən getməsi ilə bağlı yayılan xəbəri təkzib edib. Bu barədə Məmmədov öz sosial hesabında paylaşıb.
"Publik siyasətdən çəkildim, partiyada başqa işlə məşğul olacam", - siyasətçi bildirib.
Bir gün əvvəl siyasətçi öz sosial hesabında Azərbaycanda növbədənkənar parlament seçkilərində partiyanın uğur qazanmamasını əsas gətirərək partiyada əsas sədrlik vəzifəsindən uzaq qalacağını yazıb.
İlqar Məmmədov növbədənkənar parlament seçkilərindən sonra partiyanın sədr vəzifəsindən istefa verdiyini açıqlayıb.
Siyasətçinin sədri olduğu partiyadan yalnız Erkin Qədirli Milli Məclisin deputatı seçilib.
Məmmədov 1998-ci ildən siyasi fəaliyyətlə məşğul olur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























