Avqustda pensiyaya çıxanların sayı açıqlanıb

2024-cü ilin avqustunda 710 775 nəfərdən çox şəxsə yaşa görə pensiya verilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Onların 43,88%-ni kişilər, 56,12%-ni isə qadınlar təşkil edib.
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir.
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır.
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,2 %-i yaşa, 23,5 %-i əlilliyə, 12,3 %-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib