• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub
24.09.2024 12:53
Azərbaycanın ən sürətlisi "Bakcell”in uzun illər tərəfdaşı olduğu "Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-dək davam edən builki aksiyanın sonuncu məntəqəsi Novxanı sahilləri olub.

"Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya, bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. Kampaniyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin təşviqidir.
 "Bakcell” əməkdaşları da aksiyada fəal iştirak edərək sahil təmizləmə işlərinə öz töhfələrini veriblər. Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.

Ekoloji aksiyalarda iştirak "Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlılıq mövzularında təşəbbüsləri dəstəkləməyi və bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
"Bakcell” haqqında

"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 

"Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol