Bakı-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol tərəfində (Ucar ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib