• $
  • €
  • ₽
  • ₺
  • £

Seysmoloji Xidmət Mərkəzindən zəlzələ AÇIQLAMASI

Seysmoloji Xidmət Mərkəzindən zəlzələ AÇIQLAMASI
03.02.2014 19:48
“Şamaxı-İmayıllı ərazisi respublikanın ən seysmik aktiv zonasıdır. Ona görə də burada 4 bal gücündə zəlzələlərin baş verməsi gözlənilən idi”.Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, bu bölgədə zəlzələlər hər zaman baş versə də, onlar hiss olunmadığı üçün məlumat verilməyib: “Bugünkü zəlzələlər isə hiss edilib və zəlzələlər episentrdə 4 bal gücündə qeydə alınıb. İlk zəlzələnin maqnitudası 3,7, ikinci zəlzələ isə 3,5 olub. Birinci zəlzələnin dərinliyi 12, ikinci zəlzələnin dərinliyi isə 9 km olub. Bir məsələni qeyd edim ki, episentrdə 4 bal gücündə qeydə alınan zəlzələ İsmayıllıda nisbətən az hiss edilib. Orada daha çox yüksək mərtəbəli binalarda yaşayan sakinlər hiss edib, həyət evlərində yaşayanlar isə bunu hiss etməyiblər. Çünki Pirqulu-Şamaxı-İsmayıllı arasında Girdiman çayında dərinlik qırılması var. Bunun nəticəsində zəlzələ çayın Pirqulu tərəfində baş verib. Ona görə də zəlzələni İsmayıllıya nisbətən Pirquluda daha çox hiss ediblər”. Q. Yetrimişli qeyd edib ki, belə ardıcıl kiçik zəlzələlərin baş verməsi lazımlıdır. Onun sözlərinə görə, tez-tez qeydə alınan təkanlar zamanı enerji boşalması gedir: “Bir var ki, ocaq tam sussun, enerji toplanması getsin, sonra müəyyən hala çatandan sonra güclü təkan olsun. Bundansa ardıcıl baş verən xırda təkanlar nəticəsində enerjinin boşalması daha xeyirlidir”. Q.Yetirmişli qeyd edib ki, son zamanlar Pirqulu-Qobustan ərazisində seysmik aktivlik müşahidə olunur. Mərkəzin direktoru qeyd edib ki, dekabrın 18-22-si arası Pirqulu-Qobustan ərazisində 100-dən çox yeraltı təkan qeydə alınıb. Sonra Şıxzərli vulkanı püskürüb. Dərinlik qırılmaları da göstərir ki, burada aktivdir və bölgədə seysmik aktivləşmə baş verir”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol