• $
  • €
  • ₽
  • ₺
  • £

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq
17.09.2024 15:04
Qalib komanda Azərbaycanı ABŞ-də təmsil edəcək
Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən "Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək. Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq.
Qeyd edək ki, regionun ən perspektivli startaplarını bir araya gətirəcək bu tədbir  "Technovate Investments” və "Pegasus Tech Ventures”in təşəbbüsü ilə keçirilir. Müsabiqəyə tərəfdaş qismində qatılan Azercell ölkəmizdə startap  mədəniyyətinin inkişafına, sahibkarlıq ekosisteminin və innovasiyaların təşviqinə töhfə verməyi hədəfləyir.
Yarışma çərçivəsində yerli startaplar sahibkarlıq ideyalarını beynəlxalq müstəvidə nümayiş etdirmək imkanı da əldə edəcəklər. Belə ki, layihələrin dəyərləndirilməsi müxtəlif sektorları təmsil edən səkkiz nəfərlik jüri heyəti tərəfindən aparılacaq. Yekunda qalib gəlmiş bir startap müsabiqənin final mərhələsində ölkəmizi ABŞ-də təmsil edəcək.
Bu günə kimi 100-ə yaxın startap müsabiqədə iştirak üçün artıq qeydiyyatdan keçib.
Qeyd edək ki, "Startup World Cup”  ən yaxşı startapları, vençur kapitalistləri, sahibkarları və texnologiya sahəsində dünya üzrə tanınmış ekspertləri  bir araya gətirən qlobal konfrans və yarışmadır. Bu müsabiqə 60-dan çox ölkədə keçirilir.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün:
Home | Startup World Cup
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol